Yanvarın 11-də Artsaxın prezidenti Arayik Harutyunyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası çağırılıb və orada Artsax Parlamentinin bütün siyasi qüvvələrinin nümayəndələri iştirak ediblər.
Artsax Prezident Aparatının Baş İnformasiya Departamentinin verdiyi məlumata görə, Azərbaycanın Laçın dəhlizinin qarşısını alması ilə əlaqədar Artsaxda bir aya yaxındır davam edən humanitar böhranın nəticələri, həmçinin bununla bağlı son günlərdə yüksək səviyyəli siyasi bəyanatlar müzakirə edilib. Artsax Təhlükəsizlik Şurasının bəyanatı qəbul edilib, orada deyilir:
“Bir aya yaxındır ki, bir qrup qondarma ekoloji fəal Azərbaycanın hazırkı hakimiyyətinin tam və açıq dəstəyi ilə Artsaxı Ermənistanla birləşdirən yeganə yolu bağlayıb. Azərbaycan tərəfi bu cür hərəkətləri ilə Artsax Respublikasının əhalisini xarici dünya ilə yeganə ünsiyyət imkanından praktiki olaraq məhrum etdi, 120.000 əhalini bütün humanitar, sağlamlıq və iqtisadi nəticələrlə tam blokadada qoydu.
Azərbaycan prezidentinin bu il yanvarın 10-da keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər bir daha sübut etdi ki, bütün bunlar Qarabağın həlli prosesində Azərbaycan hakimiyyətinin güc tətbiq etmə hədələrindən istifadə etməsinin bariz təzahüründən başqa bir şey deyildir ki, bu da 2020-ci ildə Artsax xalqına qarşı Azərbaycanın başlatdığı 44 günlük müharibənin davamıdır.
Bu reallıqlar kontekstində ER Baş nazirinin dünənki mətbuat konfransı zamanı səsləndirdiyi bir sıra iddia və fikirlər ümumxalq mübarizəsinin ideyalarına, eləcə də Artsax Respublikasının əhalisi və hakimiyyətin qəbul etdiyi mövqeyə uyğun gəlmədiyi üçün narahatlıq doğurub.
Biz qəbul etdiyimiz siyasi xəttdən irəli gələn bütün nəticələrin fərqindəyik və mövqeyimizi bir daha təsdiq edirik ki, Artsaxın suverenliyi və tarixi vətəndə azad və müstəqil yaşamaq hüququ mütləq dəyərlərdir.
Heç bir məcburiyyət və ya hədə bizi mübarizəni davam etdirmək qərarımızdan çəkindirə bilməz. Buna uyğun olaraq, biz beynəlxalq ictimaiyyəti Azərbaycanın həyata keçirdiyi terror aksiyalarının, planlaşdırılan etnik təmizləmənin və hazırlanmaqda olan yeni soyqırımın qarşısının alınmasına görə məsuliyyəti öz üzərinə götürməyə çağırırıq. Artsax Respublikasının xalqı və hakimiyyət orqanları əmindirlər ki, diaspor erməniləri Artsaxdakı qardaş və bacıları tərəfindən qəbul edilmiş qərarı dəstəkləməkdə davam edəcəklər, və ER hakimiyyətini beynəlxalq səviyyədə tanınmış dövlətin bütün imkanlarından və bütün vasitələrindən istifadə edərək, yalnız Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq instansiyalarda təşviqi və müdafiəsi mövqeyini rəhbər tutmağa çağırırlar.