Dağlıq Qarabağda BMT Təhlükəsizlik Şurasının sülhməramlı missiyasının yerləşdirilməsi yalnız hər iki tərəfin razılığı ilə mümkündür.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov yanvarın 11-də Ermənistanın baş naziri Nikol Paşinyanın regiona beynəlxalq sülhməramlıların cəlb edilməsi ilə bağlı fikirlərini şərh edərkən bildirib.
O, BMT sülhməramlılarının Qarabağa göndərilməsi mövzusunun bir neçə dəfə gündəmdə olduğunu qeyd edib.
“Lakin hər hansı missiya yalnız münaqişənin hər iki tərəfinin razılığı ilə göndərilə bilər”, - Kremlin sözçüsü vurğulayıb.