Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan Azərbaycan prezidenti İlham Əliyevin dünənki mətbuat konfransında səsləndirdiyi anti-erməni bəyanatlarına toxunub.
“Əliyevin Laçın dəhlizinin blokadası ilə bağlı dünənki bəyanatı dövlət səviyyəsində aparılan etnik təmizləmənin sırf etirafı idi. O bildirib ki, Azərbaycan vətəndaşı olmaq istəməyənlərə yol açıqdır, onlar Rusiya sülhməramlılarının avtomobilləri və ya avtobusları ilə gedə bilərlər”, - deyə Marukyan özünün “Twitter” mikrobloqunda yazıb.