ABŞ Azərbaycanda müxalifətçilər Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən dərin narahatdır. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı bildirib.
“Biz hakimiyyəti onları mümkün qədər tez azad etməyə çağırırıq. Biz insan hüquqlarına və əsas azadlıqlara hörmətin təşviqinə sadiq qalırıq. Biz bir daha hökuməti öz vətəndaşlarının hüquqlarını, o cümlədən dinc şəkildə fikir bildirmək hüququnu nəzərə almağa çağırırıq”, - Dövlət Departamentinin rəsmi nümayəndəsi bildirib.