Ermənistanın baş naziri Nikol Paşinyan qeyd edib ki, Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisindən çıxarılması üçün bütün diplomatik vasitələrdən istifadə olunacaq.
“Azərbaycanın silahlı qüvvələri 30 ildir ki, Ermənistan ərazisindədirlər, çünki 90-cı illərin əvvəllərindən Azərbaycan silahlı qüvvələri Ermənistandan onlarla kvadrat kilometr ərazini, xüsusən də Tavuş və Ararat rayonlarından əraziləri işğal edib.
Bizim mövqeyimiz ondan ibarətdir ki, Azərbaycanın silahlı qüvvələri həmin ərazilərdən çıxmalıdır”.