Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Laçin dəhlizi ilə azad və təhlükəsiz hərəkəti təmin etməyə çağırışını yenidən təsdiqləyir. Bu barədə “Armenpress”ə BMT baş katibinin sözçüsü Stefan Düjarrik bildirdi.
“Baş katib 14 dekabr 2022-ci il tarixli bəyanatında mövcud vəziyyətlə bağlı narahatlığını ifadə edib. Katiblik bu narahatlıqları 20 dekabr 2022-ci ildə Ermənistanın xahişi ilə çağırılan Təhlükəsizlik Şurasının fövqəladə sessiyası zamanı da bildirdi. Baş katib əvvəlki razılaşmalara uyğun olaraq gərginliyi azaltmaq və dəhlizdə azad və təhlükəsiz hərəkəti təmin etmək çağırışlarını yenidə təsdiq edir və vasitəçilik səylərini dəstəklədiyini bildirir”.