Bu vəziyyətdə Ermənistanda KTMT hərbi təlimlərinin keçirilməsi Yerevan üçün məqsədəuyğun deyil. Birinci kanalın sualına cavab olaraq, bunu ER baş naziri Nikol Paşinyan Rusiya Federasiyası Müdafiə Nazirliyinin əvvəlki bəyanatına istinad edərək bildirib.
“Ermənistanın müdafiə naziri artıq KTMT-nin birgə qərargahına yazılı şəkildə məlumat verib ki, biz bu vəziyyətdə Ermənistanda belə hərbi təlimlərin keçirilməsini məqsədəuyğun hesab etmirik. Bu il Ermənistanda belə hərbi təlimlər keçirilməyəcək”, - deyə baş nazir bildirib.