Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının texniki qiymətləndirmə qrupunun üzvlərini qəbul edib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Marçin Vidranın rəhbərlik etdiyi qrup Aİ-nin yeni mülki missiyasının yerləşdirilməsi imkanlarını nəzərdən keçirmək üçün Ermənistana göndərilib. Görüşdə Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin də iştirak edib.
"Görüş zamanı tərəflər dekabrın 19-da başa çatan Aİ müşahidəçi missiyasının fəaliyyətini müzakirə ediblər. Bu kontekstdə nazir Mirzoyan müşahidə missiyasının regionda sabitliyin möhkəmləndirilməsində və Ermənistana qarşı yeni təcavüzlərin qarşısının alınmasında rolunu yüksək qiymətləndirib və əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib. Qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunub", - Ermənistan XİN bildirib.