Ermənistanın Müqəddəs Taxt-Tacdakı səfirliyi xəbər verir ki, yanvarın 9-da ER səfirinin də iştirak etdiyi, Müqəddəs Taxt-tacda akkreditə olunmuş xarici diplomatik nümayəndələrlə illik görüşdə Papa Fransisk öz çıxışında müxtəlif bölgələrdə davam edən münaqişələrə toxunaraq, qeyd edib:
“Mən xüsusilə Cənubi Qafqazdakı vəziyyəti düşünürəm. Mən tərəfləri atəşkəsə hörmətlə yanaşmağa çağırıram və bir daha təsdiq edirəm ki, hərbi əsirlərin və həbsdə olan mülki şəxslərin azad edilməsi çox arzu olunan sülh sazişinə doğru mühüm addım olacaq”.