Artsax Respublikasının Milli Təhlükəsizlik bildirdi ki, 2023-cü ildə yanvarın 1-də Artsaxın Martunu rayonunun Çartar şəhərinin sakini Toros Ghazaryan otlaqdan evə qayıtmayıb, bununla bağlı əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
“Yanvarın 1-dən bu günə kimi Azərbaycan tərəfi T. Ghazaryanın onların nəzarəti altında olduğunu nəinki təsdiqləmədi, hətta təkzib etdi. Sülhməramlıların vasitəçiliyi ilə Azərbaycan tərəfi ilə danışıqlar aparıb, nəticədə Azərbaycan T. Ghazaryanın onların tərəfində olduğunu təsdiqləyib və Stepanakert-Qoris magistral yolunun bağlanmış hissəsində onu Rusiya sülhməramlılarına təhvil verib”.
Milli Təhlükəsizlik Xidmətinin məluamtında qeyd olunur ki, Azərbaycan tərəfi bu hadisəyə siyasi və təbliğat məqsədləri üçün özləri üçün arzu olunan şərh və qiymətləndirmələr verib.
“Azərbaycan tərəfinin bugünkü tamaşası bir daha sübut edir ki, onların məqsədi reallıqla üzləşib onu qəbul etmək deyil, saxta tezislər və təbliğat materialları ilə beynəlxalq ictimaiyyəti və daxili auditoriyanı çaşdırmaqdır”.