Yanvarın 6-da ER xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin meneceri Samanta Pauer arasında telefon danışığı olub.
Telefon danışığı zamanı Ermənistanın xarici işlər naziri dekabrın 12-dən Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeganə yolun - Laçın dəhlizinin Azərbaycan tərəfindən bağlanması ilə bağlı humanitar vəziyyəti təqdim edib. Nazir Mirzoyan vurğulayıb ki, Azərbaycanın hərəkətləri 120 min Artsax ermənisinin Dağlıq Qarabağda etnik təmizləməyə məruz qalmasına yönəlib.
9 noyabr 2020-ci il tarixli bəyanatın Azərbaycan tərəfindən kobud şəkildə pozulmasını vurğulayan nazir Laçın dəhlizinin normal fəaliyyətinin bərpası və humanitar fəlakətin qarşısının alınması üçün beynəlxalq ictimaiyyətin atdığı aydın addımlara əhəmiyyət verib.