ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi Filip Rikerin səlahiyyət müddəti başa çatıb.
Bu barədə departamentin sözçüsü Ned Prays mətbuat konfransı zamanı deyib.
“Bu gün biz səfir Filip Rikerin Qafqaz danışıqları üzrə baş məsləhətçi vəzifəsindən yanvarın 5-dən etibarən istefaya getdiyini elan edirik. Otuz ildən artıqdır ki, səfir Riker həmçinin dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi, ölkəmizin Londondakı səfirliyinin müvəqqəti işlər vəkili kimi ABŞ departamentinə və xalqına sadiqliklə xidmət edir”, - deyə Prays bildirib.
Prays qeyd edib ki, Rikerin gedişi Birləşmiş Ştatların Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyə sadiqliyinə heç bir halda xələl gətirmir.