Lord Deyvid Alton öz saytında bir qrup britaniyalı siyasətçi və din xadiminin bəyanatını yayıb.
Bəyanatı baronessa Karolin Koks, Kenterberinin keçmiş arxiyepiskopu, lord Rouen Uilyams, Liverpuldan lord Deyvid Alton, Koventri yepiskopu Kristofer Koksvort, doktor Con Eybner və deputat Tim Louton yayıblar.
“BMT Təhlükəsizlik Şurasının, UNİCEF-in və digər beynəlxalq qurumların pisləmələrinə baxmayaraq, KİV Azərbaycandakı bu vəhşiliklər barədə faktiki olaraq susur və bu, Bakıya öz soyqırımı siyasətini cəzasızlıqla davam etdirməyə imkan verir.
Biz beynəlxalq liderləri bu dəhşətli faciəyə təcili müdaxilə etməyə çağırırıq və ümid edirik ki, cəsur və fədakar jurnalistlər, təəssüf ki, soyqırımın cinayətkar mahiyyətini çox yaxşı bilən bir xalqın iztirablarına işıq salacaqlar”.