Ermənistan İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitənin icraatı çərçivəsində Ermənistan Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsinə iddia qaldıraraq, Azərbaycanı Laçın dəhlizinin blokadasını dayandırmağa, insanların, nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin etməyə məcbur etməyi xahiş edib.
Bu barədə Ermənistan Respublikasının beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeqişe Kirakosyan bildirdi.