ER-nin xüsusi təyinatlı səfiri Edmon Marukyan beynəlxalq ictimaiyyəti Azərbaycanı məsuliyyətə cəlb etmək üçün tədbirlər görməyə çağırıb.
“18 gündür ki, Azərbaycan Dağlıq Qarabağda 120 min insanın fundamental hüquqlarını pozmaqda, onları mühasirədə saxlamaqda davam edir ki, bu da qəbuledilməzdir. Bu gün beynəlxalq ictimaiyyət bunu normal bir hal kimi qəbul etməməlidir. Azərbaycanın kobud qanun pozuntularına görə məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək lazımdır”, - deyə Marukyan öz “Twitter” mikrobloqunda yazıb.