Dağlıq Qarabağa 4 milyard dram əlavə dəstək məsələsi hökumətin bugünkü iclasında müzakirə olunur..
"Dağlıq Qarabağ xalqına lazımi humanitar, sosial-psixoloji dəstəyin göstərilməsi mütləq zərurətdir", - Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O, çıxışında vurğuladı ki, bu dəstəkdən başqa, humanitar böhranın beynəlxalq miqyasda təbliği də gündəlik işin tərkib hissəsi olmalıdır.
"Tərəfdaş dövlətlər, beynəlxalq təşkilatlar humanitar vəziyyətin pisləşməsi barədə ətraflı məlumatlandırılmalıdır", - Paşinyan bildirib.