Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı Ermənistanın “İttifaq dövləti”nə qoşulması ilə bağlı mümkün təzyiqlərə toxunub.
Diplomatın sözlərinə görə, bu cür iddialar reallığa uyğun gəlmir. heç kim belə faktlar təqdim edə bilməz.
Zaxarova qeyd edib ki, Ermənistan ərazisindən Azərbaycana ekstraterritorial dəhliz vermək üçün Yerevana təzyiqlər olması barədə tezislər də yalandır.
“Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 11 yanvar tarixli bəyanatına görə, regionda bütün iqtisadi və nəqliyyat vasitələrinin bloklanması üzrə üçtərəfli işçi qrupu çərçivəsində kommunikasiyaların açılmasının müxtəlif yolları müzakirə edilir. Onların arasında Ermənistanın cənubunda dəmir yolu xəttində hərəkətin bərpası ilə bağlı məsələlər var. Nə Yerevanın, nə də Bakının mübahisə etmədiyi o işin prinsiplərindən biri odur ki, marşrutlar üzərində suverenlik onların ərazisindən keçdiyi tərəfə məxsusdur”, - deyə Zaxarova yekunlaşdırıb.