Laçin dəhlizi ilə bağkı vəziyyəti ATƏT Minsk qrupu çərçivəsində müzakirə etmək imkanına toxunan Zaxarova qeyd etdi ki, Minsk Qrupunun həmsədrliyinin işinə mane olan Rusiya deyil.
“Rusiya sülhməramlı missiyasının tənqidlərinə gəlincə, bunlar qəbuledilməzdir. Onlar vəziyyəti yerindəcə həll etmək üçün əllərindən gələni edirlər. Heç bir ictimai tənqid məsələyə kömək etmir. Daha pis vəziyyətlər olub. Biz vəziyyəti yaxşılaşdırmaq üçün hər şeyi edirik”, - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.