"Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə hər cür kömək göstərir". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, bu istiqamətdə danışıqlar gedir və məhz onlar təmasların dinamikasını təyin edir və gələcək sülh müqaviləsinin məzmununu müəyyənləşdirirlər.
"Həm Azərbaycan, həm də Ermənistan ilə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri olan Rusiya bu prosesə azərbaycanlı və ermənistanlı dostlarımızın maraqlı olduğu istənilən formada və həcmdə hər cür yardım göstərir - ", - Lavrov vurğulayıb.