Artsax Respublikası hökuməti bir daha təsdiq edir ki, Artsaxda dağ-mədən sənayesi ən yüksək beynəlxalq standartlara uyğun həyata keçirilir.
Bununla belə, qonşu ölkənin “ekofəallarının” yaratdığı qeyri-sağlam mühit və beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdləri nəzərə alınaraq, “Base Metals” şirkətinin fəaliyyəti ilə bağlı beynəlxalq ekoloji ekspertizanın keçirilməsi üçün beynəlxalq təşkilatlarla əlaqə saxlamağa qərar verilib.
Artsax Respublikası hökumətinin məlumatına görə, ekspertiza başa çatana qədər şirkətin şaxtasının fəaliyyətini müvəqqəti dayandırmaq barədə şirkətin rəhbərliyi ilə birgə qərar qəbul edilib.
Artsax Respublikası hökuməti ekspertizanın qısa müddət ərzində həyata keçirilməsini təşkil etmək üçün BMT-nin müvafiq strukturlarına və digər beynəlxalq peşəkar təşkilatlara müraciət edib.
Artsax Respublikası hökuməti həmişə dağ-mədən sahəsində ən yaxşı beynəlxalq standartların saxlanmasının tərəfdarı olub.