Fransanın əsas partiyaların siyasi liderləri, fərqli siyasi baxışlarına baxmayaraq, Fransada ən böyük auditoriyaya malik olan gündəlik "Le Monde" qəzetində birgə açıq məktub dərc edərək, Artsax və Ermənistanın təhlükəsizliyinə zəmanət vermək üçün Fransa prezidentinə müraciət ediblər.
Məktubda qeyd olunub ki, dekabrın 12-dən bəri Azərbaycan Artsaxı dünyaya ilə birləşdirən yeganə yolunu Laçin dəhlizini işğal eərək, böyük humanitar fəlakət riskini yaradıb. 120 min insan, o cümlədən 30 mini uşaq qida və tibbi ləvazimat da daxil olmaqla həyati vacib resurslardan məhrumdur.
“Üç gün ərzində Azərbaycan qaz təcizatı da dayandırıb, Artsax əhalisini şaxtalı havada istilikdən məhrum edib.
Bu hadisə 2020-ci ilin sentyabr ayından istər Ermənistan, istərsə də Artsax Respublikası vətəndaşlarına qarşı Azərbaycanın hücumlarının yeni mərhələsinin başlanğıcıdır və bu, Qarabağ probleminin sülh yolu ilə həllini nəzərdə tutan beynəlxalq hüququn, Cenevrə Konvensiyalarının və ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların kobud şəkildə pozulmasıdır.
Azərbaycanın hərəkətləri - sənədləşdirilmiş hərbi cinayətlər, etnik nifrətin yayılması, erməni mədəni irsinin dağıdılması, 2022-ci ilin sentyabrında Ermənistana qarşı hücum və onun suveren ərazilərinin bir hissəsinin qanunsuz işğalı, mülki əhaliyə qarşı təkrarlanan cinayətlər yolverilməzdir, bu Fransanı istənilən başqa şəraitdə müdaxiləyə səbəb oalrdı”,- deyə məktubda qeyd olunub.
Siyasi partiyaların liderləri Respublika Prezidentindən Artsax/Dağlıq Qarabağ və Ermənistan Respublikasının ermənilərinin uzunmüddətli təhlükəsizliyini təmin etmək üçün mümkün olan hər şeyi etməyi xahiş etdilər.
Onlar Makrondan Azərbaycanı beynəlxalq hüququn pozulmasını, Ermənistan Respublikasının ərazisinin bir hissəsinin işğalını və hərbi cinayətləri pisləməyə, Artsaxda humanitar iştirak planlaşdırmağa və Ermənistana təcili iqtisadi yardım göstərməyə, Artsax nümayəndələri ilə görüşməyə, Stepanakert hava limanını yenidən işə salmaq və Artsaxla hava əlaqəsinin təhlükəsizliyini təmin etmək üçün ABŞ-dakı tərəfdaşlarımızla Avropa İttifaqı və Amerikaya vasitəçilik etməyə çağırıblar.