Almaniya gələn il yanvarın 1-dən etibarən NATO alyansının çevik reaksiya qüvvələrinə daxil olan 11,5 min nəfərlik NATO-nun Yüksək Hazırlıqlı Birgə Əməliyyat Qrupuna rəhbərlik edəcək.
Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
NATO-nun sözçüsü Oana Lungesku qeyd edib ki, alyansın bu addımı öz ərazisinin hər qarışını müdafiə etmək niyyətini ifadə edir.
Almaniya 1 yanvar 2023-cü ildə komandanlığı öz üzərinə götürərək minlərlə hərbçisini bir neçə gün ərzində yerləşdirmək üçün hazır vəziyyətə gətirəcək.