“Deutsche Welle”-nin Rusiya xidməti Dağlıq Qarabağda Laçın dəhlizinin blokadası nəticəsində yaranmış vəziyyətə toxunub.
Məqalədə qeyd olunub ki, Artsax artıq üçüncü həftədir ki, mühasirədədir. Ermənistanı birləşdirən yeganə yolu azərbaycanlı sözdə “eko aktivistləri” bağlayıb.
“Yeni il ərəfəsində mağazalar, ərzaq bazarları boşdur. Stepanakertin apteklərində həyati əhəmiyyət kəsb edən dərmanlar və gigiyena vasitələri tükənir”.
Stepanakertdə keçirilən genişmiqyaslı mitinqə də toxunulub. Qeyd olunub ki, mitinq işitrakçıları Ermənistan və Artsax bayraqları ilə Laçin dəhlizinin bağlanması ilə bağlı öz etirazlarını bildiriblər.
Qeyd olunub ki, Dağlıq Qarabağda bildirilib ki, dəhlizin bağlanması müharibənin başqa vasitələrlə davam etdirilməsidir.