Sankt-Peterburqda Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında təkbətək görüş olub.
Vladimir Putin qeyd etdi ki, bu yaxınlarda hökumətlərarası komissiyanın iclası keçirildi, iqtisadi sahədə vəziyyət kifayət qədər müsbət inkişaf edir. Cari ilin 10 ayı ərzində dövriyyədə artım 73 faiz oldu ki, bu da yaxşı nəticədir.
“Təbii ki, ümumilikdə əsas məsələ Cənubi Qafqazdakı vəziyyətin nizamlanması, Ermənistan-Azərbaycan münasibətləri, Qarabağla bağlı hər şeydir. Və razılaşdığımız kimi, bütün bu məsələləri ətraflı müzakirə edirik”,- deyə Putinq eyd etdi.
Nikol Paşinyan, ilk növbədə, MDB-nin qeyri-rəsmi sammitinə dəvətə görə təşəkkür etdi.
Baş nazir qeyd etdi ki, hazırda əsas məsələ, ən aktual məsələ Laçın dəhlizində mövcud olan böhrandır.
“Bilirsiniz ki, artıq təxminən 20 gündür Laçin dəhlizi bağlanıb. Bu, Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasıdır. Xatırlatmaq istərdim ki, Rusiya prezidenti, Azərbaycan prezidenti və Ermənistan baş nazirinin üçtərəfli bəyanatına əsasən, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında olmalıdır və Azərbaycan Respublikası Laçin dəhlizi ilə yüklərin, insanların maneəsiz hərəkətə zəmanət verib. İndi belə çıxır ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında deyil və mən o vəziyyəti və hansı variantları müzakirə etmək istəyirəm”,- Paşinyan deyib.