Ermənistanın Prezidenti Vahaqn Xaçaturyan bu gün Qriqor Minasyanın ədliyyə naziri təyin olunması barədə fərman imzalayıb.
Ermənistan Ədliyyə Nazirliyinin keçmiş rəhbəri Karen Andreasyanın bu ilin oktyabrında Ali Məhkəmə Şurasına təyinatından sonra ədliyyə naziri postu boş qalıb və nazirin səlahiyyətlərini müvəqqəti olaraq müavin icra edib.
Xatırladaq ki, dünən Ermənistan Baş naziri Nikol Paşinyanın qərarına əsasən, Qriqor Minasyan nazir müavini vəzifəsindən azad edilib.