Artsaxı Ermənistanla birləşdirən yeganə yolun Azərbaycan tərəfindən bağlanması ilə əlaqədar Artsax Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən tibb müəssisələrində planlı cərrahiyyə əməliyyatları dayandırılmaqda davam edir. Bu barədə Artsaxın informasiya qərargahı məlumat yayıb.
10 uşaq “Arevik” tibb birliyində neonatal və reanimasiya şöbələrindədir.
Leyşmaniozu diaqnozu qoyulan 4 aylıq körpənin müsbət dinamikası var və ER-nin ixtisaslaşmış tibb mərkəzində müalicəsini davam etdirir.
Respublika Tibb Mərkəzində 10 xəstə reanimasiya şöbəsindədir, onlardan 4-nün vəziyyəti son dərəcə ağırdır. Həkimlər xəstələrin vəziyyətini stabilləşdirmək üçün əllərindən gələni edirlər.
Artsax Səhiyyə Nazirliyi blokada ilə əlaqədar yaranmış vəziyyəti lazımi qaydada aradan qaldırmaq üçün bütün mümkün tədbirləri görür.