Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Laçın dəhlizi ilə bağlı son situasiyaya münasibət bildirib. Qaluzin vəziyyətin gərginləşməsinin təsirlərindən danışıb.
"Laçın dəhlizi ətrafında vəziyyətin gərginləşməsi Azərbaycan və Ermənistan arasında imzalanmalı olan sülh müqaviləsinin üzərində işləmək prosesini çətinləşdirir", - nazir müavini söyləyib.
Qaluzin sözlərinə görə, Rusiya tərəfi Rusiya, Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 31-də Soçi sammitində üçtərəfli bəyanatında qeyd olunduğu kimi, danışıqlar prosesini dəstəkləməyə hazırdır.