Dünən Ermənistandan Artsaxa təxminən 10 ton humanitar yük göndərilib.
Bu barədə “Qırmız Xaç”ın Ermənistan üzrə nümayəndəliyinin rəhbəri Zara Amatuni deyib.
“”Qırmızı Xaç”ın yük maşınları Laçın dəhlizi ilə 10 ton humanitar yükü aparıb”-deyə o bildirib.
Onun sözlərinə görə, humanitar yük dərmanlardan, uşaq qidalarından və zəruri tibbi ləvazimatlardan ibarə olub. Yardımı Ermənistan hökuməti təqdim edib.
Qırmızı Xaç bu yüklərin daşınması üçün nəqliyyat verib və yükü dəhliz vasitəsi ilə aparıb.