Dekabrın 25-də Artsax Respublikasının paytaxtı Stepanakertdə on minlərlə insanın iştirakı ilə mitinq keçirilib. Mitinqdə Artsax Respublikasının prezidenti Arayik Harutyunyan, dövlət naziri Ruben Vardanyan, Artsax Respublikasının prezidentləri Bako Saakayan və Arakadi Ghukasyan, eləcə də bir sıra digər yüksək vəzifəli şəxslər iştirak ediblər.
Dekabrın 12-dən bəri Artsax tam blokada altındadadır. 120.000-dən çox insan, o cümlədən 30.000-ə yaxın uşaq çətin vəziyyətdə qaldı, sərbəst hərəkət etməkdən və bununla bağlı bir çox həyati imkanlardan tamamilə məhrum oldu. Azərbaycanın hərbi-siyasi rəhbərliyi növbəti dəfə beynəlxalq hüquq normalarını və 2020-ci ildə 9 noyabr tarixli Üçtərəfli bəyanatı ilə ilə üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozub.
Artsax Respublikasının dövlət naziri Ruben Vardayan qeyd etdi ki, Artsax xalqı ilə birlikdə Artsaxda olmaqdan qürur duyur.
“Biz burada güclüyük, o güc bizdən gəlir. Mən 52 gündür ki, dövlət naziriyəm. Məndə bir qürur hissi var ki, insanlar çətinliklərə baxmayaraq deyirlər ki, biz mübarizə etməyə hazırıq, hər şeyə dözməyə hazırıq. Biz 35 beş ildir mübarizəmizi edirik, bu blokada 15 gün deyil, bu mübarizə 35 ildir davam edir. Biz hər şeyi etməliyik ki, gələcək nəsillər bu mübarizənin nəticəsini görsünlər.”
Artsaxla Ermənistan arasında quru yolun fasiləsiz işləməsi heç bir danışıqlar və bazarlıq predmeti ola bilməz. Artsaxı xarici dünyaya bağlayan rabitə ilkin şərt olmadan və dərhal bərpa edilməli.
Yaşasın azad, müstəqil və xoşbəxt Artsax.