Fransa prezidenti Emmanuel Makron Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığında Ermənistanla Dağlıq Qarabağ arasında sərbəst hərəkəti təmin etməyə çağırıb. Bu barədə Yelisey sarayından məlumat verilib.
“Telefon danışıqları zamanı Makron Əliyevə Cənubi Qafqazda artan gərginliklə bağlı ciddi narahatlığını bildirib. O, Laçın dəhlizi ilə sərbəst gediş-gəlişi təmin etməyə çağırıb”, - deyə məlumatda bildirilir.