İran Ukrayna prezidenti Vladimir Zelenskini ifadə etdiyi ittihamlara görə xəbərdarlıq etdi. Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani bildirib.
“Cənab Zelenski başa düşməlidir ki, İranın bu cür əsassız ittihamlara qarşı strateji səbri sonsuz deyil”,- deyə diplomat qeyd etdi. O əlavə etdi ki, Ukrayna lideri “ABŞ-ın dəstəyini alan” bəzi siyasi liderlərin taleyindən dərs almalıdır.