ER Parlamentinin “Mülki müqavilə” fraksiyasının deputatı Armen Xaçatryan keçirdiyi brifinqdə jurnalistləri əmin edib ki, Laçın dəhlizinin açılması istiqamətində fəal iş aparılır.
“Bir sıra istiqamətlərdə, o cümlədən Rusiya sülhməramlılarının funksiyalarının yerinə yetirilməsi üzrə işlər aparılır. Təbii ki, Rusiya sülhməramlılarından da onların qarşısında duran problemləri həll etmək tələbləri var, lakin eyni zamanda sual yaranır ki, onlar bu problemləri həll edə bilirlərmi? Düşünürəm ki, Rusiya sülhməramlıları bu problemləri həll etmək iqtidarındadır, bu, sadəcə vaxt məsələsidir və eskalasiya proseslərinin olmaması üçün hər şey edilir, bu proseslər müəyyən vaxt tələb edir.
Hesab edirəm ki, onların müəyyən problemləri var, Azərbaycan və bir sıra dövlətlər tərəfindən onlara təzyiqlər var. Amma mən əminəm ki, Rusiya sülhməramlıları onların qarşısında duran problemləri həll etməlidirlər.
“Laçın dəhlizi ilkin şərt olmadan açılmalıdır və açılacaq”, - deyə Xaçatryan bildirib.