Ermənistan Respublikasının XİN-in mətbuat katibi Vahan Hunanyan Azərbaycan tərəfindən Laçin dəhlizinin bağlanması və onun nəticələrinə toxunub.
“Azərbaycanın hərəkətlərinin koordinasiyalı xarakteri, o cümlədən dinc əhalini və mühüm infrastruktur obyektlərini hədəf alan əvvəlki insidentlər bir daha sübut edir ki, Azərbaycan tərəfindən Laçın dəhlizinin blokadası dinc əhaliyə zərər vurmaq və Dağlıq Qarabağda genişmiqyaslı humanitar böhran yaratmaq məqsədi daşıyan əvvəlcədən düşünülmüş əməliyyatdır”,- XİN nümayəndəsi bildirdi.