Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya sülhməramlı qoşunları öz vəzifələrini yerinə yetirirlər.
“Rusiya sülhməramlıları öz missiyasını yerinə yetirirlər”,- deyə Zaxarova qeyd etdi.
O əlavə edib ki, vəziyyətin sabitləşməsi üçün addımlar atılır və işlər görülür.
“Əvvəllər də dəfələrlə vəziyyətin kəskinləşməsi olub. Problemlər olub. Tərəflər bir-birini günahlandırdılar və vəziyyəti sabitləşdirmək üçün hər şeyi edən məhz Rusiya sülhməramlıları idi və buna nail oldular. Ona görə də bizim sülhməramlılarımıza belə münasibət yolverilməzdir”, - Rusiya XİN-in sözçüsü bildirib.