ER-nin xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan özünün Twitter mikrobloqunda Azərbaycan Xarici İşlər Nazirliyinin və qondarma “ekofəalların” bəyanatlarına toxunub.
“Azərbaycanın “ekofəalları” adlanan şəxslər BMT Təhlükəsizlik Şurasının müzakirəsinə ünvanlanmış bəyanat qəbul edərək, onları birtərəfli olmaqda ittiham ediblər. Daha sonra Azərbaycan Xarici İşlər Nazirliyi növbəti bəyanatla çıxış edib. Hər iki məktubun Azərbaycan Xarici İşlər Nazirliyinin eyni diplomatları tərəfindən yazılmasına dair şübhələr məni əzablandırır. Fikirləriniz varmı?”.