Artsax Respubliaksının parlamenti Azərbaycan tərəfindən Arstax Respubliaksının mühasirəyə alınmasına dair beynəlxalq reaksiyalara toxunaraq bildirdi ki, Azərbaycan hakimiyyəti tərəfindən 2022-ci ilin dekabrın 12-də qondarma ekoloji bəhanə ilə, növbəti dəfə 9 noyabr 2020-ci il tarixli bəyanatı ilə əldə olunmuş razılaşmaları pozulması ilə Artsaxı Ermənistan və xarici dünya ilə birləşdirən yolunun bağlanması humanitar fəlakətə çevrilmək və kövrək sülhü və yeni regional sabitliyi pozmaq məqsədi daşıyır.
“Dağlıq Qarabağ (Artsax) Respublikasının ali qanunverici orqanı problemlə bağlı narahat olan ölkələrə, beynəlxalq təşkilatlara, BMT Təhlükəsizlik Şurasına, AİHM-ə Azərbaycan tərəfindən mühasirədə olan Dağlıq Qarabağ Respublikasında (Artsax) yaradılmış humanitar böhrana reaksiya göstərdiklərinə görə minnətdarlığını bildirir.
Artsax Respubliaksının Parlamenti Azərbaycan hakimiyyətinin qondarma ətraf mühitin mühafizəsi bəhanəsi ilə təxribatlarını ifşa etmək, regional ekoloji problemlər ilə tanış olmaq və müvafiq nəticələr çıxarmaq üçün lazımi beynəlxalq alətlərdən istifadə etmək, xüsusən də xüsusilə, Ətraf Mühit Proqramı (UNEP) çərçivəsində Artsax Respublikasına və ona bitişik ərazilərə monitorinq qrupu göndəmək üçün BMT-yə müraciət edir.
Təsirli addımlarla regionda yaradılmış böhranlı vəziyyətin nizamlanmasını gözləyirik”,-bəyanatda qeyd olunub.