Avropa Şurasının insan haqları üzrə komissarı Dunya Miyatoviç bəyan edib ki, dekabrın 12-dən Laçın dəhlizindən keçən yolun bağlanmasından sonra Dağlıq Qarabağ ətrafındakı vəziyyəti diqqətlə izləyir.
Miyatoviçin sözlərinə görə, dəhlizin təhlükəsizliyinə cavabdeh olan şəxslər həmin yolda nəqliyyatın hərəkətini tez bir zamanda bərpa etmək və humanitar vəziyyətin pisləşməsinin qarşısını almaq üçün bütün lazımi addımları atmalı, bütün maraqlı tərəflər gərginliyin artmasına yol verməməlidirlər.
O, bundan sonra da Dağlıq Qarabağda insan haqlarının vəziyyətini diqqətlə izləməyə və bütün tərəflərlə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.