Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Dağlıq Qarabağda rus sülhməramlıları asayişi və əmin-amanlığı təmin etmək üçün əlindən gələni edir. Sülhməramlılar razılaşmaların ruhuna və hərfinə uyğun hərəkət edirlər.
“Biz şübhəsiz ki, erməni tərəfdaşlarımız və müttəfiqlərimizlə bu mövzunu müzakirə etməyə davam edəcəyik”, - deyə Peskov brifinq zamanı bildirib.