"Bizim nə qədər narahat olduğumuzu keçən həftə eşitdiniz, keçən həftə Vedantdan eşitdiniz və cənab Bəxtiyar Hacıyevin İnsan Hüquqları Günü ərəfəsində həbsi və saxlanılması bizi narahat edir. Biz Azərbaycan hakimiyyətini onu tez bir zamanda azad etməyə çağırdıq. Bunlar bizim tərəfdaşlarımızla diplomatik kanallar vasitəsilə özəl olaraq apara biləcəyimiz danışıqlardır".
Bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays dekabrın 20-də ənənəvi brinfinqdə Turan agentliyinin müxbirinin aşağıdakı sualına cavabda bildirib: "Azərbaycanda aparıcı fəal və ABŞ-da təhsil almış Bəxtiyar Hacıyev həbsxanada aclıq aksiyası keçirir. Artıq altı gündür, bu gün (dekabrın 20-də) məhkəmə onu azadlığa buraxmaqdan imtina edib. Onun əslində işgəncəyə məruz qaldığı barədə məlumatlar var. Mən onu da bilirəm ki, keçən həftə bu binada ABŞ-la danışıq aparan azərbaycanlı məmurlar var. Mövzu müzakirə olunubmu?"
Ned Prays deyib ki, ABŞ bütün dünya üzrə tərəfdaşları ilə insan haqları məsələsini geniş, sistemli, həm də ayrı-ayrılıqda qaldırmaqdan çəkinmir.
"Buraya təbii ki, Azərbaycandakı tərəfdaşlarımız da daxildir" , o qeyd edib.