Avropa Məhkəməsi Ermənistanın təqdim etdiyi tələbi qəbul edərək Azərbaycana qarşı müvəqqəti tədbirlər tətbiq etdi
Bu barədə Beynəlxalq Hüquq Məsələləri üzrə Nümayəndəliyin rəsmi səhifəsində məlumat yayılıb.
Məhkəmə 9 noyabr 2020-ci il tarixində imzalanmış Üçtərəfli Bəyanatın 6-cı maddəsi üzrə Azərbaycanın üzərinə götürdüyü “Laçın dəhlizi ilə hər iki istiqamətdə hərəkət edən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə təminat vermək” öhdəliyini qeyd edib.
Konvensiyadan irəli gələn öhdəlikləri xatırladan Məhkəmə, öz Reqlamentinin 39-cu Qaydasına əsasən, tərəflərin mənafeyi və qarşıdakı proseslərin uyğun şəkildə aparılması naminə, Ermənistanda müalicə almağa ehtiyacı olan ağır xəstələrə, sığınacağı və dolanışığı olmayıb yolda qalan digər şəxslərə “Laçın dəhlizi” vasitəsilə təhlükəsiz keçidi təmin etmək üçün Azərbaycan Hökumətinə yurisdiksiyasına daxil olan bütün tədbirləri görməyi bildirmək qərarı verib.