Dekabrın 22-də Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla telefon danışığı aparıb.
Təhlükəsizlik Şurasının katibi Azərbaycanın Laçın dəhlizi ətrafında yaratdığı böhranlı vəziyyətin təfərrüatlarını təqdim edib, bu çərçivədə həmsöhbətlər vəziyyətin tezliklə həllinin və sülh danışıqları üzrə işin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Tərəflər ER-ABŞ ikitərəfli münasibətlərinin sabit inkişaf dinamikasını yüksək qiymətləndirib və onun davamlılığını vurğulayıblar.