ER Müdafiə Nazirliyi bildirir ki, dekabrın 21-də Müdafiə Nazirliyinin Müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Levon Ayvazyan xarici ölkələrin Ermənistan Respublikasında akkreditə olunmuş səfirliklərinin hərbi attaşeləri ilə görüşüb.
İlin yekunlarına həsr olunmuş görüşdə cari ildə görülmüş işlərə toxunuldu, qonaqlara Ermənistan Respublikasının təhlükəsizlik və müdafiə sahəsində həyata keçirilən islahatlara dair brifinq təqdim edildi.
Qeyd olunub ki, 2023-cü ildə hərbi-diplomatik sahədə daha dinamik əməkdaşlıq gözlənilir.