Bütün tərəfləri maraqlandıran mühüm və əsas məsələ keçmiş öhdəliklərə, eləcə də humanitar məsələlərə əməl etmək zərurətidir. İranın Ermənistandakı səfiri “Lurer”lə söhbətində Laçında yaranmış humanitar böhrana toxunub və yolun tez bir zamanda açılmasının vacibliyini vurğulayıb.
Abbas Bədəxşan Zohuri (İranın Ermənistandakı səfiri) - Biz həm humanitar nəticələr baxımından, həm də regionda sülh və sabitliyin əldə olunması prosesinə təsiri baxımından mövcud vəziyyətdən narahatıq.
Biz bütün tərəflərin əvvəlki razılaşmalar üzrə öhdəliklərini yerinə yetirməsinin vacibliyini vurğulayırıq.
Sevindirici haldır ki, həmin yaşayış məntqəsinin sakinlərinin qazla bağlı narahatlığı aradan qaldırılıb və ümid edirik ki, nəqliyyatın hərəkəti problemi tezliklə həllini tapacaq.
Yaradılan vəziyyətin mənşəyi ilə bağlı müxtəlif tərəflər müxtəlif fikirlər səsləndirir, lakin bütün tərəfləri maraqlandıran mühüm və əsas məsələ əvvəllər üzərinə götürdüyü öhdəliklərə, eləcə də humanitar məsələlərə sadiq qalmağın zəruriliyidir.
Bəli, təəssüf ki, xəstənin ölüm xəbərini, eləcə də yerli xəstəxanaların vəziyyəti ilə bağlı dərc olunmuş xəbərləri almışıq. Biz hesab edirik ki, söhbət ciddi humanitar narahatlıqlara gedincə daha ehtiyatlı olmaq lazımdır.