Azərbaycan öz fəaliyyəti nəticəsində bu gün dalana dirənib. Bunu jurnalistlərlə brifinqdə ER Parlamentinin sədri Alen Simonyan BMT Təhlükəsizlik Şurasının dünən keçirilən sessiyasına toxunaraq deyib.
“Məncə, Azərbaycan belə bir reaksiya gözləmirdi. Biz Ermənistan üçün mümkün və Ermənistanı başqa prosesə cəlb etməyən bütün vasitələrlə bu istiqamətdə işi davam etdirəcəyik”, - deyə Simonyan bildirib.
Rusiya nümayəndəsinin çıxışını necə qiymətləndirirsiniz sualına Simonyan belə cavab verdi:
“Çıxışı mənfi qiymətləndirirəm, çünki hesab edirəm ki, müttəfiq tərəfindən daha çox ünvanlı müraciət oluna bilərdi, bunu Ermənistanla sıx əlaqələri olmayan ölkələr edib. Məncə, ya bacarmır, ya istəmir, ya da həm bacarmır, həm də istəmir.
Təəccüblənmirəm, son hadisələr göstərirdi ki, ola bilsin, Rusiya tərəfindən cavab və qiymətləndirmə ola bilər. Bəlkə də ona görə ki, bu, Rusiya sülhməramlılarının məsuliyyət sahəsidir, yəni onlar öz üzərlərinə çox məsuliyyət götürməmək istəyirlər”.