İran Azərbaycanla Ermənistan arasında mübahisələrin sülh yolu ilə həllinin tərəfdarı olduğunu dəfələrlə vurğulayıb. Bunu İranın İSNA xəbər agentliyinin Laçın dəhlizinin bağlanması ilə bağlı sualına cavab olaraq İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.
“Biz inanırıq ki, 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanatın şərtlərinin tam şəkildə yerinə yetirilməsi iki ölkə arasındakı fikir ayrılıqlarına son qoya bilər”, - deyən Kənani vurğulayıb ki, bölgədə sülh və sabitliyin bərqərar olması lüzumsuz gərginlikdən qaçmağı tələb edir.
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Laçın dəhlizinin blokunun açılması məsələsinin dialoq və sülh yolu ilə tezliklə həll olunacağına ümid etdiyini bildirib.