“Oktyabr ayında işə salınan Aİ-nin Ermənistanda Monitorinq Qrupunun mandatı başa çatıb. Ermənistan, Azərbaycan, Avropa Şurası və Fransa liderləri arasında əldə edilmiş razılaşmaya əsasən, Avropa İttifaqının Ermənistandakı missiyası oktyabrın 20-də yerlərdə vəziyyətin monitorinqi, təhlili və hesabatlılıq məqsədilə Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca yerləşdirilib”. Bunu Avropa İttifaqı Şurasının mətbuat xidməti açıqlayıb.
“40 ekspertin monitorinq üçün Ermənistana yerləşdirilməsi səmərəli oldu və etimadın formalaşmasına töhfə verdi. Bu gün biz Aİ-nin Cənubi Qafqazda fəaliyyətində yeni mərhələyə başlayırıq və bu, mümkün olan vəziyyətə zəmin hazırlayacaq keçid qrupu ilə başlayır. Aİ-nin Ermənistandakı daha uzunmüddətli missiyasının əsas məqsədi regionda davamlı sülhə töhfə verməkdir".
Məlumata görə, bu fonda Şura, Ermənistan hakimiyyəti ilə razılaşaraq, qərara gəlib ki, Aİ-nin Gürcüstandakı Monitorinq Missiyası (AİMM Gürcüstan) Aİ-nin təhlükəsizlik vəziyyəti barədə məlumatlılığını artırmaq və ölkədə mümkün mülki Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti missiyasının planlaşdırılması və hazırlanmasına töhfə vermək üçün Ermənistana müvəqqəti planlaşdırma yardım qrupu göndərsin:
“Keçid planlaşdırılma yardım qrupunun həmçinin Ermənistan və Azərbaycan arasında Aİ-nin dəstəyi ilə normallaşma prosesində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə dəstək verməsi gözlənilir”.