Ermənistan Respublikasının xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan özünün Twitter mikrobloqunda Azərbaycanın Laçın dəhlizində yüklərin hərəkətinə mane olmasına toxunub.
“Azərbaycanın “ekoloqları” humanitar yükü yoxlamaq hüququnu özündə saxlayıb, yüklərin Laçın dəhlizindən keçməsinə maneçilik törədirlər. Onlar, demək, qanunsuz gömrük-keçid məntəqələri qurublar. Bu cəfəngiyyata son qoyulmalıdır”, - Marukyan yazıb.