ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Cudi Çun özünün Twitter mikrobloqunda Azərbaycanın Laçın dəhlizinin bağlanmasına toxunub.
“Mən Azərbaycanın Artsaxı Ermənistanla birləşdirən yeganə yol olan Laçın dəhlizini qanunsuz blokadaya alması səbəbindən əziyyət çəkən minlərlə insanı dəstəkləyirəm. Mən Adam Şiff və həmkarlarımla birlikdə prezident Baydenə yazaraq, Artsax xalqını qorumaq üçün hərəkətə keçməyə çağırmaqdan qürur duyuram”, konqresmen yazıb.