Bizim nüvə bombası istehsal etmək imkanımız var, amma istehsal etmək fikrində deyilik.
Bunu İranın Ali Rəhbəri Əli Xameneinin müşaviri Kamal Xərrazi III Tehran dialoq forumunda bildirib.
O qeyd edib ki, İran nüvə silahına doğru getsə, region ölkələri də silahlanma yarışında bu silahı istehsal etməyə çalışacaq.
“Nüvə texnologiyasına sahib olmaq çəkindiricidir”, - deyən Kamal Xərrazi Qərbin İranın nüvə problemini həll etmək üçün danışıqlara getməyə məcbur olduğunu xatırladıb.