NATO Bakı ilə Yerevan arasında etimadın gücləndirilməsində rol oynaya bilər. Bu barədə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina APA-ya verdiyi müsahibədə qeyd edib.
“Həqiqətən, normallaşma prosesinə kömək edən bütün konstruktiv səyləri alqışlayıram. Həmçinin bu baxımdan Avropa İttifaqının (Aİ) oynadığı mərkəzi rolu da alqışlayıram. İnanıram ki, NATO hər iki paytaxt arasında siyasi dialoq vasitəsilə etimadın gücləndirilməsində dəstəkləyici rol oynaya bilər. Lakin bizim birbaşa müzakirələrdə konkret mexanizm və ya rəsmi rolumuz yoxdur. Onu da əlavə etmək istəyirəm ki, normallaşma prosesini irəli aparmağa yönəlmiş bütün diplomatik səyləri dəstəkləməyə davam edəcəyik”- deyə Kolomin qeyd edib.